TAP-ın dəyəri açıqlandı - 4,5 milyard avro

TAP-ın dəyəri açıqlandı - 4,5 milyard avro
  31 Yanvar 2017    Oxunub:1557
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin ümumi dəyəri 4,5 milyard avro olacaq.
AzVision.az xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində TAP-ın icraçı direktoru Yan Bradşou deyib.

Onun sözlərinə görə, “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra, 2020-ci ilin əvvəllərində planlaşdırılır.

Yan Bradşou əlavə edib ki, bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti