Şahin Zəkizadə əməliyyat olunacaq

Şahin Zəkizadə əməliyyat olunacaq
  30 Yanvar 2017    Oxunub:3015
Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə əməliyyat olunacaq.
Bu barədə AzVision.az -a rejissor özü bildirib. O, ruhdan düşmədiyini, səhhətinin yaxşı olacağına inandığını deyib.

“3-cü kurs müalicəyə başlayırdıq. Analizlər göstərdi ki, xəstəliyim yenidən qayıdıb, buna görə hazırda müalicənin istiqaməti dəyişdirilib.

Həkimlər artıq 3-cü kurs müalicəni dayandırıb, əməliyyata hazırlıq gedir. Müəyyən analizlərdən sonra əməliyyat olunacam. Bu xəsətliyin xarakteri elədir ki, bəzi adamlarda donur, 5-10 il yaşayır, bəzilərində isə geri qayıdır.

Hələlik əməliyyatın nə zaman olunacağı haqda dəqiq tarix deyə bilmərəm. Bütünun bunlara baxmayaraq, ruhdan düşmürəm. Səhhətimin yaxşı olacağına ümid edirəm, əvvəl necə müsbət gözləntim vardısa, indi də elədir. Maddi məsələyə gəlincə, təbii ki, öz hesabıma imkanım yoxdur. Bu məsələlər də müəyyənləşdiriləcək, kömək ediləcək”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti