`Cocuq Mərcanlıda müasir qəsəbə tikiləcək` - Baş nazirin müavini

`Cocuq Mərcanlıda müasir qəsəbə tikiləcək` - Baş nazirin müavini
  27 Yanvar 2017    Oxunub:2001
“Sabah Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində erməni işğalı altında olan rayonların icra başçıları, deputatlar və layihəçilərlə görüş keçiriləcək".
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, görüşdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində planlaşdırılan işlər müzakirə olunacaq: “Cənab prezident Cocuq Mərcanlıda 50 mənzilin tikintisi ilə bağlı sərəncam verib. Lakin sərəncam verildikdən sonra ölkə başçısına qaçqın və məcburi köçkünlərin müsbət çağırışları daxil olub və qərara alınıb ki, orada daha böyük və müasir qəsəbə tikilsin”.

Əli Həsənov bildirib ki, Cocuq Mərcanlı kəndi hələ Horadiz əməliyyatı zamanı işğaldan azad olunub. Lakin o ərazilər daim ermənilərin atəşi altında olduğu üçün qəsəbədə yaşamaq mümkün deyildi: “Ötən ilin 2-4 aprel tarixlərində həyata keçirilən əməliyyatlar zamanı iki yüksəklik, o cümlədən Lələtəpə yüksəkliyi azad edildi və 10 minlərlə hektarlarla torpaq geri qaytarıldı. Bundan sonra Cocuq Mərcanlıda yaşayış imkanı yarandı.

Bunula bağlı ölkə başçısının imzaladığı sərəncam tarixi əhəmiyyətə malikdir. Biz həmişə deyirdik ki, qayıdış proqramımız hazırdır və sülh müqaviləsi bağlanan andan onun icrasına başlanacaq. Lakin ölkə başçısı sülh müqaviləsinin imzalanmasını gözləmədən bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərar verdi. Bu, bizə imkan verir ki, qayıdış proqramımızı təcrübədən keçirək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti