VÖEN bir günə veriləcək

VÖEN bir günə veriləcək
  27 Yanvar 2017    Oxunub:1862
2017-ci ildən etibarən həm uçot, həm də xidmətlərin göstərilməsi sahəsində yeni layihələr həyata keçiriləcək, sahibkarların qeydiyyatı prosesi daha da sadələşdiriləcək, VÖEN-in cəmi 1 gün ərzində verilməsi təmin olunacaq.
AzVision.az “vergiler.az” saytına istinadla xəbər verir ki, bu barədə Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Bildirilib ki, əsas hədəf vergi orqanı ilə vergiödəyiciləri arasında münasibətlərin tamamilə şəffaflaşdırılmasıdır. Sistemin tətbiqi sayəsində vergiödəyiciləri ilə daim əlaqədə olan şəxslər vergi xidməti əməkdaşları olacaq.

Ə.Məmmədovun sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq reytinqlərdə “biznesə başlama” indeksi üzrə mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Kiçik və orta sahibkarlara ünvanlı və keyfiyyətli, eləcə də, fasiləsiz xidmətin göstərilməsi işi təkmilləşdiriləcək, xidmət çeşidinin mahiyyəti dəyişəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti