`Qarabağ bizim üçün prioritet olaraq qalır` - Rusiya XİN

`Qarabağ bizim üçün prioritet olaraq qalır` - Rusiya XİN
  27 Yanvar 2017    Oxunub:1542
Dağlıq Qarabağ münaqişəsi Rusiyanın xarici siyasəti üçün prioritet olaraq qalır.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova bildirib.

"Dağlıq Qarabağ münaqişəsi bizim üçün prioritet olaraq qalır. Ona görə də müxtəlif formalarda kontaktlar davam etdiriləcək", - deyə Zaxarova qeyd edib.

Zaxarova, həmçinin Sergey Lavrovun bu ay azərbaycanlı və erməni həmkarları ilə apardığı danışıqları şərh edərək bildirib ki, Qarabağ münaqişəsinin nizamlanmasının hərəkətə gətirilməsinə istiqamətlənən konkret və fərqli ideyalar ətrafında müzakirələr aparılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti