`Whatsapp` internetsiz də işləyə biləcək

`Whatsapp` internetsiz də işləyə biləcək
  24 Yanvar 2017    Oxunub:6501
Bir neçə həftə əvvəl “Whatsapp”ın yeniliklər tətbiq edəcəyi haqda məlumatlar yayılmışdı.
AzVision.az xəbər verir ki, mesajlaşma tətbiqini daha rahat edən bu xüsusiyyətlər, nəhayət İOS platforması üçün əl çatan olub.

Belə ki, “Whatsapp 2.17.1” proqramı vasitəsi ilə “İphone” işlədən şəxslər bir dəfəyə 30 foto göndərə biləcəklər. Bura həmçinin video da daxildir. Media fayllarında eyni and 10 foto və ya video göndərmə limiti üç qat çoxaldılıb.

Ən mühüm yeniliklərdən biri də internet problemi ilə bağlıdır. “WhatsApp” messencerində oflayn-rejim funksiyası istifadəçi internetdə olmadıqda belə mesajlar yazmağa imkan verir. Mesajlar messencerdə saxlanılır və növbəyə düzülür. Smartfon qlobal şəbəkəyə qoşulan kimi bu mesajlar avtomatik göndəriləcək. Göndərilməmiş mesajlarda vaxt, göndərilmiş mesajlarda isə iki xətt işarəsi qoyulur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti