Bankların kredit portfeli 13,2 faiz azalıb

Bankların kredit portfeli 13,2 faiz azalıb
  24 Yanvar 2017    Oxunub:1583
Mərkəzi Bankın ilkin məlumatlarına görə, 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil edib, onun 12824,5 milyon manatı uzunmüddətli kreditlər olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verlən məlumata görə, kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7605,8 milyon manat təşkil edib. Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 Avroya – 1,84 manata (1,77), 100 Rusiya rubluna – 2,82 manata (2,39) bərabər olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti