Prosineçki Azərbaycan millisini tərk edir? - Yenilənib

Prosineçki Azərbaycan millisini tərk edir? - Yenilənib
  24 Yanvar 2017    Oxunub:5735
Robert Prosineçki "Bursaspor"a keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki apasport.az-a açıqlamasında qısa danışıb: "Təklifə hörmətlə yanaşdım, amma "Bursaspor" rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil".

***

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” klubunu çalışdıra bilər

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, "Bursaspor" rəsmiləri ilə xorvat mütəxəssis arasında keçirilən görüşün nəticəsində tərəflər 2.5 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib.

Qəzetin məlumatına görə, Prosineçki Azərbaycan millisini tərk edərək yaxın günlərdə Bursanın klubu ilə müqaviləyə imza atacaq.

"Bursaspor"un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib.

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında idarə heyətimiz bir araya gələrək qərarı açıqlayacaq"-deyə o bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti