Qızlar bulağının qış mənzərəsi - FOTOSESSİYA

Qızlar bulağının qış mənzərəsi - FOTOSESSİYA
  23 Yanvar 2017    Oxunub:12013
Adına dastanlar yazılan, nəğmələr qoşulan Qızlar bulağı qədim Naxçıvan şəhərinin bəzəyidir. Soyuq qış günlərində yolu bu bulağa düşənlər füsunkar mənzərə ilə qarşılaşırlar.
Yayda yaşıl xalını xatırladan bulaq bu gün buz heykələ oxşayır. Amma şaxtaya tam təslim olmayıb. Sırsıra bağlamış buz salxımları arasından görünən yaşıl donu ilə sanki qışa meydan oxuyur. Həyatın dörd ünsüründən biri olan su buzlar arasından özünə cığır açaraq zümzüməsindən də qalmır. Sanki qış fəsli təkcə burada yaza “qalib gələ bilməyib”.

AzVision.az Azərtac-a istinadən qızlar bulağının qış mənzərəsinin görüntülərini təqdim edir:





















AzVision.az


Teqlər:  





Xəbər lenti