`Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır` - Prezident (Yenilənib)

`Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır` - Prezident (Yenilənib)
  19 Yanvar 2017    Oxunub:2678
“Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”.

AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr tərəfindən qərar qəbul ediləcəyi təqdirdə, Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır. Biz gündə hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Proses artıq başlayıb. Biz OPEK və qeyri-OPEK iclasına dəvət olunmuşuq, orada iştirak etmişik və öz vəzifəmizi yerinə yetiririk. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər hasilatın ixtisarı ilə bağlı əlavə qərar qəbul edilərsə, onda təbii ki biz də onu dəstəkləyəcəyik. Çünki həmrəy olduğumuzdan bu prosesdə də gərək bütün iştirakçılar səmimi olsunlar”.

Hasilatın azaldılmasına dair qəbul olunan qərarın müddətinin uzadılmasına dair suala prezident: “Bu qərar hazırkı qərarın icra olunması ilə bağlıdır. Əgər qiymətlər stabilləşərsə, necə ki indi bu prosesi müşahidə edirik, fikrimcə, əlavə olaraq hasilatın azaldılmasına ehtiyac qalmayacaq” - deyə cavablandırıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti