Azərbaycan xalçaları Hannover sərgisində
“Azərxalça” bu sərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri- İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. İk dəfədir ki, Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsullarını sərgi iştirakçıları böyük maraq və heyranlıqla qarşılayıblar.
Hannover sərgisində “ Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir. Sərgi yanvarın 14-dən 17-dək davam edəcək.
Xatırladaq ki , DOMOTEX Beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri, interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində bir araya gəlirlər.
DOMOTEX xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.
Teqlər: