Neft və qızıl ucuzlaşıb

Neft və qızıl ucuzlaşıb
  14 Yanvar 2017    Oxunub:2592
Dünya birjalarında neft ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar azalaraq 52,37 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar azalaraq 55,45 dollar olub.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,60 dollar azalaraq 1 196,20 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 16,77 dollara satılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti