Direktora töhmət verildi, müavini işdən qovuldu

Direktora töhmət verildi, müavini işdən qovuldu
  13 Yanvar 2017    Oxunub:2946
Bakıdakı musiqi məktəblərindən birinin direktoruna töhmət verilib, müavini isə işdən azad edilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və ictimaiyyəttlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, idarənin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbin direktoru Budaqov Fikrət Vəli oğluna aparılan yoxlamalar əsasında töhmət verilib.

Baş İdarənin əmrinə əsasən məktəbin tədris işləri üzrə direktor müavini Baxşıyev Ayat Müslüm oğlu fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilməsi nəticəsində, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad olunub.

Şəhanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti