Ermənistanda kütləvi ixtisarlar aparılır

Ermənistanda kütləvi ixtisarlar aparılır
  29 Dekabr 2016    Oxunub:1838
Ermənistanın Maliyyə Nazirliyində ixtisarlar aparılır. Nazirliyin ştat vahidi xeyli azaldılıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul olunub.

Məlumata əsasən nazirliyin tərkibində olan Təhsil Mərkəzi ləğv olunacaq. Hesablamalarına görə, qurumu ləğv etməklə nazirlik ildə 110 milyon dram (təxminən 228 min dollar) qənaət etmiş olacaq.

Növbəti ildə Ermənistanın digər dövlət qurumlarında da kütləvi ixtisarların aparılacağı gözlənilir. Dəyişikliklər iqtisadi böhranla əlaqələndirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti