Qaz xətlərinin yenilənməsinə 1,5 mlrd xərclənəcək

Qaz xətlərinin yenilənməsinə 1,5 mlrd xərclənəcək
  29 Dekabr 2016    Oxunub:1489
Kommunal xidmətlər sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmaya, o cümlədən sahəyə investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəyə təkan verən tənzimləyici orqanın yaradılması məsələsi nəzərdən keçiriləcək.
AzVision.az xəbər verir ki, bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

Sənəddə vurğulanır ki, bu zaman aşağıdakı 3 mühüm amil nəzərə alınacaq. Bunlar: müstəqil tənzimləyici orqanın təşkilati-hüquqi forması və fəaliyyət istiqamətləri, aidiyyəti orqanlara münasibətdə vəzifə və səlahiyyətlərin dəqiq müəyyən edilməsi və kadr təminatının formalaşdırılmasıdır. Bundan başqa, sənəddə kommunal xidmətlər üzrə infrastrukturun təkmilləşdirilməsi və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsi məqsədilə bu xidmətlər üzrə tariflərdə, əlavə olaraq, müəyyən həcmdə vəsaitin nəzərdə tutulması və həmin vəsaitin
məqsədli fondda toplanması məsələsinin nəzərdən keçiriləcəyi qeyd olunub.

Eyni zamanda sənəddə vurğulanır ki, köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 mlrd. 515 mln. manat investisiya qoyuluşu tələb olunur. SOCAR-ın "Azəriqaz" İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti