Səngəçaldakı yanğın tam söndürülüb

Səngəçaldakı yanğın tam söndürülüb
  27 Dekabr 2016    Oxunub:1516
Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində baş verən partlayışdan sonra meydana gələn yanğın tam söndürülüb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti