Azərbaycanda elit yaşayış kompleksləri tikiləcək

Azərbaycanda elit yaşayış kompleksləri tikiləcək
  26 Dekabr 2016    Oxunub:2842
Azərbaycanda orta və uzunmüddətli dövr üçün büdcə ayırmalarının təmin edilməsi, o cümlədən Mənzil İnşaatı Dövlət Agentliyinin büdcəsinin hazırlanması Maliyyə Nazirliyi ilə birgə həyata keçiriləcək.
AzVision.az-ın xəbərinə görə, bu, "Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi"də qeyd edilib. Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin infrastruktur və idarəetmə imkanlarının, eləcə də institusional potensialının tam formalaşmaması onun səlahiyyətlərinin icrası ilə bağlı bir sıra çətinliklər yarada bilər:

"Beynəlxalq təcrübə göstərir ki, uyğun qiymətə mənzil layihələrinin icrasının ilkin mərhələsində bu cür qurumlara həddindən artıq səlahiyyətlərin verilməsi sui-istifadə halları ilə nəticələnə bilər. Bundan əlavə, “MİDA” MMC-nin layihələri əsasında inşa edilmiş mənzillərin ümumi şəhərsalma planı ilə uzlaşması böyük əhəmiyyət daşıyır. Belə ki, “ikili planlama” şəhərin memarlıq planının pozulması ilə nəticələnə bilər".

Bundan başqa "Mənzil İnşaatı Dövlət Agentliyi" MMC-nin ("MİDA" MMC) davamlı fəaliyyət göstərməsi üçün premium məhəllələrdə yüksəkgəlirli mənzil-tikinti layihələrinin həyata keçirilməsinə də diqqət yetiriləcək. Belə ki, MMC boş torpaq sahələrini müəyyən edəcək və uyğun məhəllələrdə elit yaşayış komplekslərinə olan tələbatı qiymətləndirəcək. Bununla da "MİDA" MMC bazar qiymətinə olan layihələrdən əldə etdiyi gəlir payından ərazi üzrə orta bazar qiymətindən aşağı qiymətə olan mənzil təminatı layihələrini subsidiyalaşdıraraq, öz davamlı fəaliyyətini təmin edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti