ABŞ neft yataqlarını icarəyə verir

ABŞ neft yataqlarını icarəyə verir
  26 Dekabr 2016    Oxunub:1736
ABŞ hökumətinin tabeliyində olan Okean Enerji İdarəçiliyi Bürosu (BOEM) 2017-ci ilin martında keçiriləcək hərracda Meksika Körfəzindəki 48 milyon hektarlıq neft yataqları blokunu icarəyə verəcək.
AzVision.az xəbər verir ki, həmin bölgənin icarəyə verilməsi ABŞ Prezidenti Barak Obamanın 2012-2017-ci illəri əhatə edən 5 illik planı üzrə həyata keçiriləcək.

Bundan başqa ABŞ energetika təhlükəsizliyi siyasətini dəyişdirərək neft ehtiyatlarını satışa çıxarmağa hazırlaşır. Buna səbəb neft ehtiyatlarının saxlanıldığı anbarların köhnəlməs və artıq xərc tələb etməsi göstərilir.

AzVision.az


Teqlər:





Xəbər lenti