Bakıda maşın, Lerikdə ev yanıb

Bakıda maşın, Lerikdə ev yanıb
  21 Dekabr 2016    Oxunub:1086
Bakıda və Lerikdə yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lerikdə rayonunda da yanğın qeydə alınıb. Lerik rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti