Bu gün 14 dərəcə şaxta olacaq

Bu gün 14 dərəcə şaxta olacaq
  21 Dekabr 2016    Oxunub:1961
Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti