Neftçilərin axtarışı ilə bağlı qərar - Rəhbərlik hadisə yerində
Axtarış-xilasetmə Qərargahından AzVision.az-a verilən məlumata görə, bu gün Axtarış-xilasetmə Qərargahının Rəhbər heyət üzvləri hadisə yerində olub, həyata keçirilən xilasetmə tədbirlərilə yaxından tanış olublar.
Qərargahın Rəhbər heyət üzlərinin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış-xilasetmə əməliyyatlarının, uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
AzVision.az