Hindistandan gətirilən peyvəndlər keyfiyyətsizdir?

Hindistandan gətirilən peyvəndlər keyfiyyətsizdir?
  20 Dekabr 2016    Oxunub:1645
“Bəzən dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə qarşılaşırıq. Bu barədə lazımı orqanlara məlumat verilir”.
AzVision.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

"Nadir hallarda rast gəlinən dərman vasitələri dövlət qeydiyyatı olmadan belə ölkəyə idxal edilə bilər. Bu barədə vətəndaşlar tərəfindən şikayətlər olur. Lakin bir məqamı vurğulamaq istəyirəm ki, dərmanın dövlət qeydiyyatının olmaması saxta olması demək deyil. Əgər hər hansı dərman vasitəsinin keyfiyyəti və ya saxta olması ilə bağlı məlumat daxil olarsa, araşdırıb lazımı tədbirlər görürük. Son illər ərzində saxta dərman vastəsilə ilə bağlı bizə müraciət daxil olmayıb. Dərman vasitələrinin keyfiyyətində nəzarət, daşınma, idxal, nəqliyyat məsələsi burada böyük rol oynayır. Artıq dərman vasitələrinin daşınması, idxalı ilə bağlı yeni qaydalar hazırlanıb, Standartlaşırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinə razılaşdırma üçün göndərilib.

Hesab edirəm ki, dərman vasitələrinin idxalına nəzarət gücləndirilməlidir. Dərman vasitəsinin ev şəraitində saxlanması keyfiyyətə təsir edən amillərdəndir. Ölkəyə rəsmi yolla idxal edilən, keyfiyyəti təsdiq edilən dərman vasitələrinin üzərinə nəzarət markası vurulur. Dərman vasitələrinin nəzarət markasız satılmasına görə İnzibati Xətalar Məcəlləsində maddələr nəzərdə tutulub”.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Yoxlanması Laboratoriyasının müdiri Polad Hacıbalayev isə ölkəyə gətirilən peyvəndlərin üçüncü ölkələrdən idxal edilməsi və keyfiyyətin aşağı olması ilə bağlı fikirlərə münasibət bildirib: “Dövlət tərəfindən təmin olunan peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən ölkələrdən alınır. Onların tövsiyyə etmədiyi ölkələrdən peyvənd idxal edilmir. Saxta peyvəndlərlə bağlı Hindistanın adı çəkilsə də, bu fikirlə birmənalı razılaşa bilmərik. Çünki bu ölkənin yaxşı dərman istehsalçıları da var. Peyvəndlərin uşaqlara əlavə təsirlərinə gəldikdə isə peyvənd bioloji maddədir, onun əks təsirlərinin olmasında genetik faktorlar, uşağın xəstə olması səbəb ola bilər. Peyvənddən sonra temperaturun yüksəlməsinə normal yanaşmaq lazımdır. Çünki peyvəndlər uşaqların bədənində xəstəliklər mübarizə üçün antitellər yaradır. Nəticədə uşaq xəstəliyi yüngül formada keçirir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti