`WhatsApp`da məlumatların redaktəsi mümkün olacaq

`WhatsApp`da məlumatların redaktəsi mümkün olacaq
  19 Dekabr 2016    Oxunub:2913
“WhatsApp” istifadəçilərin çoxu məlumatları tələsik göndərərkən sonradan avtomatik dəyişmə funksiyasının düzgün işləməməsinə görə çətin vəziyyətə düşüb.
Bəzi messencerlərdə göndərilmiş məlumatları silmək mümkün olsa da, bu məlumatlar böyük olduqda problem yaradır və onu yenidən yazmaq tələb olunur.

“4PDA” xəbər verir ki, tezliklə “WhatsApp” messencerində bu problem göndərilmiş məlumatların ləğv edilməsi və redaktə olunması funksiyası işə salındıqdan sonra aradan qaldırılacaq. Belə ki, həmsöhbət məlumatı oxumadığı halda onun mövcudluğu barədə xəbəri olmayacaq və ya buraxılmış səhvi görməyəcək. Qeyd edək ki, əvvəllər “WhatsApp”da məlumatları yalnız onu göndərənin qurğusunda silmək mümkün idi.

Məlumata görə, istifadəçilər adi mətnli məlumatlarla yanaşı, göndərilmiş fotoşəkil və videoları silə və redaktə edə biləcəklər.

Hazırda beta versiya mərhələsində olan funksiyanın istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi barədə məlumat verilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti