Boksçularımız çempion oldular

Boksçularımız çempion oldular
  19 Avqust 2013    Oxunub:1132
Hollandiyanın Rotterdam şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyi başa çatıb.

AzVision.az xəbər verir ki,finalda üç azərbaycanlı boksçu döyüşürdü. Onlardan ikisi qalib gəlib.

Nəsrəddin Məmmədov (56 kq) irlandiyalı Kurt Uokerə, Cavid Quliyev isə (64 kq) ukraynalı Yaroslav Samofalova qalib gəlib. Məsud Yusifzadə (52 kq) finalda irlandiyalı Harri Kulliyə uduzaraq ikinci olub.

Bildirək ki, finalda Ukraynadan 5, Rusiyadan 4, Azərbaycandan 4 boksçu döyüşürdü.

AzVision.az


Teqlər:  





Xəbər lenti