Qeysəriyyə doğumları insanın təkamülünə təsir edib – ELM

Qeysəriyyə doğumları insanın təkamülünə təsir edib – ELM
  12 Dekabr 2016    Oxunub:17265
Alimlərin iddialarına görə, anaların qeysəriyyə üsulu ilə dünyaya uşaq gətirməsi hallarının çoxalması insanın təkamülünə təsir etməyə başlayıb.

Belə ki, 1960-cı illərdən bu yana doğum kanalına sığmayan körpələrin sayı hər min adamda 30-dan 36-ya qədər altıb. Nəticədə çanaq sümüyü dar olduğuna görə qeysəriyyə yoluna üstünlük verən qadınların sayı da çoxalıb.

Əvvəllər doğum kanalının darlığına səbəb olan genlər anadan uşağa keçmirdi. Çünki çox vaxt bu zaman ana da, körpə də doğum əsnasında tələf olurdular. Amma indi qeysəriyyə əməliyyatı nəticəsində uşaqlıq yolu dar olan qadınlar doğuş zamanı ölmürlər. Demək, uşaqlıq yolunun darlığına səbəb olan genlər də onların övladlarına keçir.

Vyana Universitetinin Biologiya şöbəsindən Dr. Philipp Mitteröckerə görə, tibbin dar doğum kanalı problemlərinə çarə tapmadığı dövrlərdə nəticə ölümcül olurdu və bu, təbii seleksiya effekti yaradırdı. "Çanaq sümüyü dar olan qadınlar 100 il əvvəl doğuşdan sağ çıxa bilməzdilər. Lakin indi rahatca doğa bilir və dar çanaq sümüyü genini öz qızlarına ötürürlər",- deyə, o, bildirib.

Bəs bu vəziyyət gələcəkdə nələrə səbəb ola bilər? Dr. Mitteröckerə görə, təkamül prosesi bu seleksiya amilini nəzərə almaqla davam edəcək: “Bunun da bir sərhədi olacaq. Nə vaxtsa bütün uşaqların Qeysəriyyə yolu ilə doğulacağına inanmıram".

Taryel Abdullayev


Teqlər:





Xəbər lenti