Bloggerlər aksiya keçirəcək

Bloggerlər aksiya keçirəcək
  06 Dekabr 2016    Oxunub:3014
“Blogstar.az” platforması ətrafında toplaşan bir dəstə blogger “Blogstarla Garage Sale” aksiyası keçirir.

Aksiya Ayşə Hüseynin təşəbbüsü və Blogstarın dəstəyilə təşkil olunub.

“Garage Sale” konseptinə uğun olaraq, yeni və ya çox az geyinilmiş əşyaların satışı təşkil ediləcək. Tədbirdə bloggerlərin və bəzi dəyərli qonaqların qarderobundan olan əşyaları çox ucuz qiymətlərə əldə etmək mümkün olacaq.

Aksiya yalnız bir gün - 10 Dekabrda saat 11:00-21:00-da keçiriləcək.

Maraqlananlar blogstaraz instaqram səhifəsindən əlavə məlumat ala bilərlər.


Teqlər:  





Xəbər lenti