`Qiymət artırımı məktəblərə də təsir edəcək`

`Qiymət artırımı məktəblərə də təsir edəcək`
  06 Dekabr 2016    Oxunub:1783
“Qazın, işığın və isti suyun qiymətlərinin bahalaşması məktəblərə də təsir göstərəcək”.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, bu məsələdə müvafiq təşkilatlar öz öhdəliklərini nəzərə alaraq üzərilərinə düşəni yerinə yetirəcəklər.

"Nəzərdə tutulan ödənişlərlə bağlı məsələlər büdcədə müəyyən təşkilatlar tərəfindən nəzərə alınacaq. Bizim üzərimizə düşən vəzifə məktəblər üçün lazımi şəraitin yaradılmasına xidmət etməkdir. Bu gün Bakı məktəblərinin istiliklə bağlı problemlər yoxdur. Çox kiçik problemlər olur ki, onlar da vaxtında aradan qaldırılır. Güman edirəm ki, kommunal sahədə qiymətlərin artırılması təbii ki, məktəblərə təsir göstərəcək. Lakin bu birbaşa bizə aid deyil. Yəqin ki, büdcədə qiymət artımları nəzərdə alınacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti