82 min ton pambıq yığılıb - Statistika

82 min ton pambıq yığılıb - Statistika
  05 Dekabr 2016    Oxunub:1710
Dekabrın 5-dək ölkə üzrə pambıq tədarükü 82 min 257,8 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 7-dək olan göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur (34 min 703 ton).
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 11200 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 10562,9 ton, İmişlidə 9383,9 ton, Ağcabədidə 8395,9 ton, Beyləqanda 7345 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

AzVision.az


Teqlər:





Xəbər lenti