Natiq Əliyev OPEC-in Vyana görüşünə gedir

Natiq Əliyev OPEC-in Vyana görüşünə gedir
  05 Dekabr 2016    Oxunub:1449
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada keçiriləcək görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva AzVision.az -a bildirib ki, dövlət başçısının razılığı ilə Azərbaycan bu görüşü dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün vacib hesab edərək, toplantıda iştiraka qərar verib:

`Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə yaxından iştirak etmiş, o cümlədən Rusiya Federasiyasnın energetika naziri Aleksandr Novakla Azərbaycan energetika naziri Natiq Əliyev arasında telefon danışıqları olmuş və rəsmi Bakı bu prosesə dəstəyini nümayiş etdirmişdir. Ümid edirik ki, OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu görüşü də əhəmiyyətli olacaq`.

Qeyd edək ki, noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti