Neftin qiyməti 17 ayın rekordunu qırdı

Neftin qiyməti 17 ayın rekordunu qırdı
  05 Dekabr 2016    Oxunub:13528
“Brent” markalı neftin qiyməti 24 iyul 2015-ci ildən sonra ilk dəfə 55 dolları ötüb.
AzVision.az xəbər verir ki, saat 12:45-ə olan məlumata əsasən Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent” markalı neftin bir barelinin qiyməti 1,27% artaraq 55,14 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 52,25 dollara qədər qalxıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti