Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
  04 Dekabr 2016    Oxunub:1578
2016-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları oktyabr ayı ilə müqayisədə 5,5 milyon dollar (0,14 faiz) artaraq 4 011 milyon dollara çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Trend Mərkəzi Bankın saytında yerləşdirilmiş statistik məlumatlara əsasən bildirir.

İlin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 1005,7 milyon dollar və ya 20,05 faiz azalıb.

Qeyd edək ki, AMB-nin ehtiyatları 2014-cü ildən azalmağa başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti