`Nə vaxtsa məni də yada salacaqlar` - Əməkdar artist (Fotolar)

`Nə vaxtsa məni də yada salacaqlar` - Əməkdar artist (Fotolar)
  03 Dekabr 2016    Oxunub:20338
Azərbaycanın əməkdar artisti, prezident təqaüdçüsü Lətifə Əliyeva uzun müdətdir ki, efirlərdə görünmür.
AzVision.az-ın əməkdaşı hazırda təqaüddə olan aktrisa ilə əlaqə saxlayaraq onunla maraqlanıb. Sənətdən küskün düşən L.Əliyeva özünü yaxşı hiss etdiyini, səhhətinin qaydasında olduğunu deyib.

“Yaxşıyam, pis deyiləm. Bizdən eyib olmaz, əsas odur ki, gənclərimiz yaxşı olsunlar. Siz jurnalistlərdən xahiş edirəm ki, teatrlarımızdan, tamaşalarımızdan yazın. İmkan verməyin bu sənət yaddan çıxsın. Məsələn, sabah “Azdrama”da tamaşaya gedin, ondan yazıın. Həmkarlarım əziyyət çəkirlər. Məndən yazmasanız, yada salmasanız da olar. Mənim daha tamaşalarla, teatrla əlaqəm yoxdur. Günümün çox hissəsini evdə keçirirəm, nəvələrimə baxıram. Mənim də öz qayğılarım var. Daha nə rol, nə film, nə də teatr haqqında fikirləşirəm. Təqaüd hesabına ailəmi və özümü saxlayıram. İnanıram ki, nə vaxtsa məni də yada salacaqlar. Yəqin mənə də növbə çatacaq”.

Qeyd edək ki, 1964-cü ildən təqüdə çıxana qədər Gənc Tamaşaçılar Teatrında işləyən 72 yaşlı aktrisa təkcə teatrda deyil, “Bəyin oğurlanması”, “Kişi sözü ”, “Ovsunçu” , “Milli Bomba” ,” “Yapon və yaponiyalı”, “Yalan” və s. bu kimi filmlərdə uğurlu obrazlar yaradıb.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti