Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi
  02 Dekabr 2016    Oxunub:2314
Vergilər nazirliyindən növbəti kadr dəyişikliyi olub.
AzVision.az xəbər verir ki, nazir Fazil Məmmədovun əmri ilə İlqar İsmayıl oğlu Əhmədov yeni müşavir təyin olunub.

Nazirin müşaviri olan Natiq Telman oğlu Şirinov isə vəzifəsindən azad edilərək Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bundan başqa Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Zaur İntiqam oğlu Fətizadə də vəzifəsindən azad edilib. Nazir onu Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinə rəisi təyin edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti