Türk lirəsi kəskin ucuzlaşır

Türk lirəsi kəskin ucuzlaşır
  01 Dekabr 2016    Oxunub:2003
Dolların bahalaşması fonunda Türkiyənin milli valyutası olan lirə məzənnəsini itirməkdə davam edir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 1-də ölkə ərazisində bir ABŞ dolları 3,43 lirəyə satılıb. Son bir ayda lirə təxminən 30 qəpik ucuzlaşıb. Bu geriləmə avronun məzənnəsində də baş verməkdədir.

Mərkəzi Bankın lirənin ucuzlaşması prosesinin qarşısını almaq üçün gördüyü tədbirlər isə heç bir nəticə vermir.

İlin sonuna Türkiyədə dolların məzənnəsi 3,55 TRY/USD, 2017-ci ildə isə 3,90 TRY/USD-yə qədər arta bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti