Türkiyədə terrordan sonra dollar qaldı

Türkiyədə terrordan sonra dollar qaldı
  04 Noyabr 2016    Oxunub:1756
Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi maksimumu yeniləyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dollar - 3,15 liraya çatıb. Avro türk lirəsi qarşısında 3,4961-ə qədər yüksələrək rekord qırıb.

ABŞ-da prezident seçkilərinin nəticələrinə dair narahatlıqların qlobal bazarlarda yaratdığı təzyiqlə bərabər Türkiyədə siyasi partiyalardan birinin (HDP) 11 deputatının tutulması, Diyarbəkirdəki partlayış, cari geosiyasi vəziyyət və qlobal maliyyə böhranı Türkiyə iqtisadiyyatında çətinliklər yaradıb.

Bununla yanaşı, İstanbul Fond Birjasının "BİST-100" indeksi bu gün ilk seansda 1 933 bənd və ya 2,52% azalaraq 74 749 bəndə enib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti