ABŞ-da neft ehtiyatlarının həcmi artıb

ABŞ-da neft ehtiyatlarının həcmi artıb
  03 Noyabr 2016    Oxunub:1331
ABŞ-da neft ehtiyatlarının həcmi 3,1 faiz artıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində (22-28 oktyabr) ABŞ-da neft ehtiyatlarının həcmi 3,1 faiz və ya 14,4 milyon barrel artaraq 482,6 milyon barrelə çatıb.

Hesabata görə, ABŞ-ın əsas neft terminalı olan “Cushing”də neft ehtiyatları 0,1 milyon barrel artaraq 58,5 milyon barrel təşkil edib. Benzin ehtiyatları isə 2,2 milyon barrel azalaraq 223,8 milyon barrelə düşüb.

Analitiklər isə ötən hesabat həftəsində ABŞ-da neft ehtiyatlarının 1,58 milyon barrel artacağını proqnozlaşdırırdılar. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti