Neft kəskin ucuzlaşdı

Neft kəskin ucuzlaşdı
  03 Noyabr 2016    Oxunub:1559
Dünya bazarında neftin qiymətində qeyri-stabillik davam edir.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 45,73 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar azalaraq 47,40 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,56 dollar və yaxud 3,24% azalıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,58 dollara bərabər olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti