Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  03 Noyabr 2016    Oxunub:2000
Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti