Gömrükdən siqaret keçirmək istədi

Gömrükdən siqaret keçirmək istədi
  29 Oktyabr 2016    Oxunub:2284
Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycanvətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

AzVision.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti