`Qara qızıl` ucuzlaşır

`Qara qızıl` ucuzlaşır
  26 Oktyabr 2016    Oxunub:1375
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Hərracların nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,14% azalaraq 50,21 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,30% ucuzlaşaraq 49,31 dollar təşkil edib.

Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 51,34 və 50,48 dollar təşkil etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti