Nəzarət Palatası işçi axtarır

Nəzarət Palatası işçi axtarır
  19 Oktyabr 2016    Oxunub:2597
Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra vəzifələrə işçi qəbulu elan edib.
Bu barədə AzVision.az-a Palatadan bildirilib. Məlumata görə, vakansiyalar qurumun Hüquq və icraat, Sığorta bazarına nəzarət departamentlərində, Strateji təhlil və risklərin idarə edilməsi, İnformasiya texnologiyaları, Prudensial siyasət və metodologiya, Xarici nəzarət, Daxili nəzarət idarələrində, Təminat və satınalmalar, daxili audit sektorlarındadır.

Palatada işləmək istəyənlər öz CV-lərini bu gündən etibarən bir ay ərzində [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti