Yeni stadion istifadəyə verildi

Yeni stadion istifadəyə verildi
  14 Avqust 2013    Oxunub:3914
Stadionun açılışında Vasif Talıbov iştirak edib
Bu gün Naxçıvanda əsaslı təmirdən sonra İ.Axundlu adına Muxtar Respublika stadionunun açılışı olub. Açılışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, yerli gənclər və idman naziri Azad Cabbarov, muxtar respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Naxçıvanın mərkəzi futbol arenası iyun ayında təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra stadiondakı oturacaq tutumu artırılıb. Artıq oyun zamanı 12800 tamaşaçı matçları seyr edə biləcək. Həmçinin soyunub-geyinmə otaqları, məşq zalları da təmir olunub.

Qeyd edək ki, bu ildən birinci diviziona qoşulacaq “Araz” ev oyunlarını məhz bu stadionda keçirəcək.(Apasport)


Teqlər:  





Xəbər lenti