Neft 5 ildə 60 dollardan baha olmayacaq - BVF

Neft 5 ildə 60 dollardan baha olmayacaq - BVF
  19 Oktyabr 2016    Oxunub:2939
Dünya bazarında 2021-ci ilə qədər bir barel neftin qiyməti 60 dollar səviyyəsini keçməyəcək.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya regionu iqtisadiyyatı ilə bağlı hesabatında yer alıb.

Hesabatda eyni zamanda bildirilib ki, neftin orta qiyməti 2016-cı ildə 43 dollar/barel səviyyəsindən 2017-ci ildə 51 dollar/barelə yüksələcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti