Alternativ enerji sahəsinə 987 milyon pul ayrılıb

Alternativ enerji sahəsinə 987 milyon pul ayrılıb
  18 Oktyabr 2016    Oxunub:1717
"2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 mln. manat vəsait yatırılıb ki, onun 83%-i dövlət, 17%-i isə özəl sektorun payına düşür".
AzVision.az xəbər verir ki, bunu "Dayanıqlı İnkişaf üçün Enerji" 7-ci Beynəlxalq Forumda çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.

Sədr müavini qeyd edib ki, 2020-ci ildə 1,1 mlrd.kubmetr qaza qənaət olunacaq: "Alternativ enerji sahəsində apardığımız işlər 2020-ci ildə 1,1 mlrd. Kubmetr qaza qənaət etməyə imkan verəcək. Bu isə ÜDM-in 7,9% artması deməkdir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti