Azərbaycanın 2030-cu il üçün hədəfi açıqlandı

Azərbaycanın 2030-cu il üçün hədəfi açıqlandı
  18 Oktyabr 2016    Oxunub:2490
"Azərbaycan 2020-ci ildə alternativ enerji payını 20%-ə çatdırmağı hədəfləyir".
AzVision.az xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.

Agentliyin sədri bildirib ki, Azərbaycan 2030-cu ilədək 35%-ə qədər qaz tulllantılarını azaltmağı hədəfləyir. A.Bədəlovnin sözlərinə görə, hazırda ölkənin enerji balansında alternativ enerji mənbələrinin payı 16%-ə qədər təşkil edir:

"2020-ci ildə enerji balansında alternativ enerjinin payının 20%-ə çatdırılması hədəflənib. Ötən il ölkə üzrə istehsal olunan enerjinin 2 mlrd.kvt/saatı alternativ enerji sahəsində istehsal olunub".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti