Əhalinin gəlirləri 8,7 faiz artıb

Əhalinin gəlirləri 8,7 faiz artıb
  17 Oktyabr 2016    Oxunub:1138
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 32762,5 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3403,6 manat təşkil edərək ötən ilə nisbətən 7,4 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 29735,4 milyon manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti