Metroya minənlərin sayı azalıb

Metroya minənlərin sayı azalıb
  17 Oktyabr 2016    Oxunub:2076
Cari ilin 9 ayı ərzində ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 104,9 mln. ton yük, 1245,3 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.

Sərnişinlərin 96,2%-i və ya 1 mlrd. 197 mln. 979 min nəfəri avtobus, 3,8%-i və ya 47 mln. 321 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Bundan başqa bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 157,7 mln. nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,9% azdır. Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,2%-i metronun payına düşür.

AzVision.az




Teqlər:  





Xəbər lenti