Bakcell-dən daha bir yenilik

Bakcell-dən daha bir yenilik
  15 Oktyabr 2016    Oxunub:1773
Bakcell planşet və USB modemlər üçün Əsl Limitsiz internet paketlərini təqdim edir.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə yeni Real Limitsiz internet paketlərini təqdim edir. 1Mbit/s və ya 2Mbit/s sürətlə sözün əsl mənasında Limitsiz internet trafikinə malik olan bu yeni internet paketləri planşet və USB modem istifadəçilərinin yüksək tələblərinə tam cavab verir. Bütün növ planşet istifadəçiləri 1Mbit/s sürətlə yeni limitsiz internet paketlərini gələcəkdə başqa internet paketlərinə keçmək imkanı ilə ayda cəmi 12 AZN ödəyərək əldə edə bilərlər. USB modemi və ya planşet üçün yeni SİM karta ehtiyac olduğu halda, abunəçi sadəcə Bakcell

şirkətinin Xidmət Mərkəzinə və ya diler mağazasına gələrək 1Mbit/s sürətlə Real Limitsiz internet paketini alıb SİM kartı pulsuz əldə edə bilər. Planşet, noutbuk və masaüstü kompüter istifadəçiləri üçün ayda 20 AZN qiymətə 2Mbit/s sürətlə digər Əsl Limitsiz internet paketi də nəzərdə tutulub. Sadalanan paketlərdən əlavə olaraq, Bakcell abunəçiləri cəmi 35 AZN qiymətə USB modem, SİM kart və 1Mbit/s sürətlə Real Limitsiz internet paketinə 1 aylıq abunəni daxil edən sərfəli paketdən də faydalana bilərlər. 12 AZN qiymətə 1Mbit/s sürətlə Real Limitsiz internet paketi *134*111#YES kodunu yığmaqla aktivləşdirilə bilər. 20 AZN qiymətə 2Mbit/s sürətlə Real Limitsiz internet paketini almaq üçün Bakcell
abunəçiləri *134*222#YES kodunu yığmalıdırlar. “Bakcell öz müştərilərinin artan gözləntilərini daim diqqət mərkəzində saxlayır. Bu, bizi rəqiblərimizdən fərqləndirən xüsusiyyətlərdən biridir. Kompüterə qoşulan USB modem və ya planşet vasitəsilə internetdən istifadə edən abunəçilərin daha böyük həcmdə mobil internet trafikinə ehtiyacı olur. Biz inanırıq ki, yeni internet paketləri belə abunəçilər üçün çox sərfəli olacaq və onlar Bakcell şəbəkəsinin təmin etdiyi yüksəksürətli internetdən maksimum faydalanacaqlar”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Bakcell abunəçiləri sadəcə *560#YES yığmaqla sərfəli yeni internet paketləri barədə pulsuz əlavə məlumat ala bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti