Azərbaycan MDB-də beşinci yerdədir

Azərbaycan MDB-də beşinci yerdədir
  14 Oktyabr 2016    Oxunub:1874
Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) novbəti “Qlobal rəqabətqabiliyyətlilik hesabatını” (Global Competitiveness Report) açıqlayıb.
AzVision.az xəbər verir ki, hesabatda 138 ölkənin iqtisadi durumu, maliyyə riskləri, həmçinin borc yükü qiymətləndirilir.

Hesabatda ölkələrin dövlət borclarının ÜDM-lərinə nisbətən reytinqi də yer alıb. Məhz bu nisbət ölkənin borcuna yeni borclanmaya yol vermədən xidmət edə bilib-bilməyəcəyinə proqnozlaşdırmağa imkan verir.

Bu nisbətə görə MDB ölkələri arasında ilk yeri 80,2%-lik göstərici ilə Ukrayna tutur. İkinci yerdə Qırğızıstan (68,8%), üçüncü yerdə Ermənistan (46,6%), dördüncü yerdə Moldova (42%), beşinci yerdə isə Azərbaycan (36,1%) qərarlaşıb.

Tacikistan və Qazaxıstan müvafiq olaraq 35,9% və 23,3%-lə altıncı və yeddinci yerlərdə qərarlaşıb. Səkkizinci yerdə qərarlaşan Rusiyanın dövlət borcunun ÜDM-ə nisbəti 17,7% təşkil edir. Belarus, Türkmənistan, Özbəkistan kimi ölkələr üzrə informasiya yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti