8 ayın xarici ticarət dövriyyəsi açıqlandı

8 ayın xarici ticarət dövriyyəsi açıqlandı
  14 Oktyabr 2016    Oxunub:1146
Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər: 102 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2016-cı ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 14055,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8515,1 milyon dollar, idxalın dəyəri 5540,0 milyon dollar təşkil edib. Nəticədə 2975,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 38,2 faizi Avropa İttifaqı ölkələrinin, 12 faizi MDB dövlətlərinin, 49,8 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti